Türkiyə yeni prezidentini seçir

Türkiyə yeni prezidentini seçir
  10 Avqust 2014    Oxunub:2636
Bu gün Türkiyədə prezident seçkiləri keçirilir

AzVision.az xəbər verir ki, prezidentlik kürsüsü uğrunda hazırki baş nazir, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Rəcəb Tayyib Ərdoğan, müxalifətin vahid namizədi Əkmələddin İhsanoğlu və Barış və Demokratiya Partiyasının (BDP) həmsədri Səlahəddin Dəmirtaş mübarizə aparır.

Səsvermə yerli vaxtla saat 08.00-da başlayıb. Ali Seçki Komissiyasının məlumatına görə, ölkədə 52 milyon 894 min 15 nəfər səsvermə hüququna malikdir.

Rəcəb Tayyib Ərdoğan və Ekmələddin İhsanoğlu İstanbulda, Səlahəddin Dəmirdaş isə Diyarbəkirdə səs verəcək.

İlk mərhələdə qalib müəyyən edilməzsə, avqustun 24-də təkrar seçkilər keçiriləcək.

Gün ərzində seçki nəticələri www.aasecim.com saytında yerləşdiriləcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti