Ərdoğan yaralı əsgərlərimizlə bağlı tapşırıq verdi

Ərdoğan yaralı əsgərlərimizlə bağlı tapşırıq verdi
  10 Avqust 2014    Oxunub:4046
Son günlər cəbhə xəttində ermənilərin diversiya-təxribat cəhdlərinin qarşısını alarkən yaralanan əsgərlərdən 3-ü müalicə üçün Türkiyəyə göndərilib.

AzVision.az-ın məlumatına görə, yaralı əsgərlərimizi hava limanında baş nazirin müavini Əmrulla İşlər, səhiyyə nazirin müavini Agah Qafqaz, Azərbaycanın Ankaradakı səfiri Faiq Bağırov, Türk İş Birliyi və Koordinasiya Agentliyinin (TİKA) başqanı Sərdar Cam qarşılayıblar.

Əsgərlərdən Ədalət Məmmədov Ankara Təhsil və Araşdırma Xəstəxanasına, Elvin Əsgərov ilə Sərxan Tahirzadə Atatürk Universiteti Təhsil və Araşdırma xəstəxanasına yerləşdirilib.

Ərdoğanın müavini Əmrulla İşlər yaralı əsgərlərimizə şəfa diləyərək Qarabağ probleminin tezliklə həll edilməli olduğunu bildirib.

Rəcəb Tayyib Ərdoğanın Azərbaycan prezidenti İlham Əliyevlə telefonla əlaqə saxladığını deyən İşlər əsgərləri qarşılamaya gəlməzdən öncə bu barədə Ərdoğana məlumat verdiyini deyib.

İşlərin sözlərinə görə, Ərdoğan yaralı əsgərlərimizin müalicəsi ilə bağlı ona təlimat verib və bu məsələni diqqətdə saxlamasını tapşırıb.

Anar RÜSTƏMOV


Teqlər:





Xəbər lenti