Sarkisyan Azərbaycandan Putinə şikayət etdi

 Sarkisyan Azərbaycandan Putinə şikayət etdi
  10 Avqust 2014    Oxunub:4317
Soçidə səfərdə olan Ermənistan prezidenti Serj Sarkisyan Rusiya prezidenti Vladimir Putinlə görüşüb.
AzVision.az-ın Rusiya KİV-lərinə istinadən verdiyi məlumata görə, Sarkisyan görüşdə son günlər cəbhədə baş verən hadisələrə toxunaraq Azərbaycanın münaqişəni qızışdırdığını bildirib.

“Mən bizim regiondakı vəziyyət və Azərbaycan-Ermənistan sərhəddində vəziyyəti Azərbaycanın qızışdırmasının səbəbləri haqda sizə geniş məlumat verəcəyəm”-deyə Sarkisyan Putinə şikayətlənib.

Görüşdə həmçinin Ermənistanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulması perspektivlərini, Ukraynadakı vəziyyəti və Dağlıq Qarabağ münaqişəsini müzakirə edilib.

Putin görüşü giriş sözü ilə bildirib ki, iki ölkə əlaqələri dostluq və strateji xarakter daşıyır. Xatırladıb ki, hazırda Ermənistanın Aİİ-yə daxil olmasına hazırlıq prosesi gedir.

AzVision.az



Teqlər:  





Xəbər lenti