Putin Soçidə Qarabağdan danışdı

Putin Soçidə Qarabağdan danışdı
  09 Avqust 2014    Oxunub:3985
Bu gün Rusiya Prezidenti Vladimir Putin Soçidə "Boçarov Ruçey" iqamətgahında Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb.

Azvision.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Putin görüşdə ölkələrimiz arasındakı münasibətlərdən danışıb.

"Münasibətlərimiz yüksələn xətt üzrə inkişaf edir. Hökumətlər səviyyəsində mütəmadi əlaqə saxlayırıq, iqtisadi və humanitar əlaqələr inkişaf edir".

Rusiya Prezidenti vurğulayıb ki, bu, ikitərəfli təmaslarda daim möhkəmlənən etimad elementidir.

V.Putin, həmçinin görüş ərzində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı "köhnəlmiş problemləri" müzakirə etməyi təklif edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti