Ermənistanın baş naziri Azərbaycana gəldi

Ermənistanın baş naziri Azərbaycana gəldi
  09 Avqust 2014    Oxunub:6209
Bu gün “Dağlıq Qarabağ Respublikası”nın Bako Saakyan Ermənistanın baş naziri Ovik Abramyanın başçılıq etdiyi nümnayəndələr heyətini qəbul edib.
Bu barədə AzVision.az Erməni KİV-nə istinadən xəbər verir.

Abramyanın başçılıq etdiyi nümayəndələr heyətində Ermənistan hökuməti və Milli Məclisinin üzvləri olub.

Görüş zamanı ölkələr arasında iqtisadi əməkdaşlığa dair məsələlər müzakirə olunub. Danışıqlar zamanı son günlər cəbhədə müşahidə olan gərgin vəziyyətə xüsusi diqqət ayrılıb. Hər iki tərəf Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olduğunu bildirərək ehtiyac olduğu təqdirdə öz ərazi bütövlüyü və xalqlarını qoruyacaqlarını vurğulayıb.



Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti