Uorlik: “Rusiya Qarabağda müharibə istəmir”

Uorlik: “Rusiya Qarabağda müharibə istəmir”
  09 Avqust 2014    Oxunub:2989
Rusiyanın sərhədləri yaxınlığında xeyli sayda problemlər var və təbii ki, o Qarabağ müharibəsini də bu problemələr siyahısına daxil olmasını istəmir.
AzVision.az-ın məlumatına görə, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik “Amerikanin Səsi”nə müsahibəsində bildirib.

“Biz münaqişənin həllinin danışıqlar yolu ilə tapılması üçün rusiyalı həmsədrlə səmərəli şəkildə işləyirik və gələcəkdə bunu etməyi davam etdirəcəyik. Rusiya öz səhədləri yaxınlığında yeni münaqişə, müharibə görməkdə maraqlı deyil” –deyə Uorlik bildirib.

Rusiyanın Azərbaycana silah satması barədə suala cavab verən Uorlik qeyd edib ki, Rusiya ABŞ kimi istənilən ölkə ilə kommersiya əlaqələri qura bilər: “Bu onların münaqişənin sülh yolunun tapılmasında bizimlə səmərəli işləməsinə mane olmur” – deyə, diplomat bildirib.

Uorlik ABŞ-ın hədəfinin Avropanı vahid, azad və sülh içində görmək olduğunu vurğulayıb: “Biz bunun üçün işləyirik. Hazırda Dağlıq Qarabağ münaqişəsi Avropada qara ləkədir və biz onun hər iki tərəfin maraqları çərçivəsində həll ediləcəyinə əmin olmaq istəyirik”

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti