“ABŞ səfirlikləri partladılacaq” - İŞİD fətva verdi

“ABŞ səfirlikləri partladılacaq” - İŞİD fətva verdi
  09 Avqust 2014    Oxunub:4233
ABŞ prezidenti Barak Obamanın İraq Şam İslam Dövləti (İŞİD) yaraqlılarına aviazərbələr endirməsi barədə qərarından sonra İŞİD rəhbərliyi tərəfindən ABŞ səfirlikləri barədə fətva verilib.
AzVision.az-ın məlumatına görə, bu barədə yaraqlılar sosial şəbəkələrdə onlara məxsus səhifələrdə məlumat paylaşıblar.

Fətvaya görə, İŞİD dünyanın istənilən ölkəsində ABŞ səfirliklərini hədəfə alıb:

“Əlhəmdulilləh. İslam Dövləti Amerika səfirliklərini hədəfə alıb. Dünyanın hansı yerində olmağından aslı olmayaraq. Allah köməkləri olsun!”,-deyə fətvada qeyd edilib.

Qeyd edək ki, ötən gecə ABŞ Hərbi Hava Qüvvələri İraqın şimalında Ərbil şəhərində İraq və Şam İslam Dövləti (İŞİD) qruplaşmasının mövqelərini bombalayıb. Bu aviazərbələr nəticəsində 8 İŞİD yaraqlısı öldürülüb, daha 20 nəfər isə öldürülüb.

Yaralıların vəziyyəti ağır olduğundan ölənlərin sayının artacağı istisna edilmir.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

Sevinc İltifatqızı
Eldar Tanrıverdiyev



Teqlər:  





Xəbər lenti