ABŞ İŞİD-i vurdu: Ölənlər var

ABŞ İŞİD-i vurdu: Ölənlər var
  09 Avqust 2014    Oxunub:2195
ABŞ Hərbi Hava Qüvvələri İraqın şimalında Ərbil şəhərində İraq və Şam İslam Dövləti (İŞİD) qruplaşmasının mövqelərini bombalayıb.
AzVision.az-ın Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, bu aviazərbələr nəticəsində 8 İŞİD yaraqlısı öldürülüb, daha 20 nəfər isə öldürülüb.

Yaralıların vəziyyəti ağır olduğundan ölənlərin sayının artacağı istisna edilmir.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti