Davudoğludan Azərbaycana Qarabağ mesajı

Davudoğludan Azərbaycana Qarabağ mesajı
  09 Avqust 2014    Oxunub:4494
Baş diplomat cəbhədəki hadisələri Ukrayna ilə əlaqələndirir

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu son günlər cəbhə xəttində baş verən hadisələrlə bağlı gözlənilməz açıqlama verib.

AzVision.az xəbər verir ki, türk nazir cəbhədə atışların Ukraynada yaşayan böhranla bağlı olduğunu bildirib.

“Düşünürəm ki, bu atışmaların səbəbi Ukraynada yaşayan böhranın regiona təsir etməsidir”-deyə bildirən Davudoğlu Türkiyənin hər zaman Azərbaycanın yanında olacağını diqqətə çatdırıb.

“Bu məsələ ilə bağlı Azərbaycanlı həmkarım Elmar Məmmədyarovla telefonla danışdım. Ona da dedim ki, Türkiyə hər mənada Azərbaycanın yanındadır və rəsmi Bakını dəstəkləyir. Təəssüflər olsun ki, Azərbaycan və Ermənistan sərhədində atışmalar hələ də davam edir”,- deyə Türkiyə rəsmisi əlavə edib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti