“Qarabağ” və “Neftçi”nin rəqibləri bilindi

“Qarabağ” və “Neftçi”nin rəqibləri bilindi
  08 Avqust 2014    Oxunub:2593
Bu gün Avropa Liqasında "pley-off" mərhələsinin püşkü atılıb.
AzVision.Az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən püşatma mərasimində azərbaycan təmsilçiləri - “Qarabağ” və “Neftçi” klubularının rəqibləri bilinib.

Ağdamın “Qarabağ” klubu Hollandiyanın “Tvente”, Bakının “Neftçi” klubu isə Serbiyanın “Partizan” klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, "pley-off" mərhələsinin oyunları 21-28 avqust tarixlərində keçiriləcək.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti