Marqvelaşvili Rusiyanı işğalçı adlandırdı

Marqvelaşvili Rusiyanı işğalçı adlandırdı
  08 Avqust 2014    Oxunub:2687
Gürcüstan prezidenti Georgi Marqvelaşvili 2008-ci il avqust ayında baş verən hadisələr zamanı ölən hərbçiləri yad edib.
AzVision.az-ın Gürcüstan KİV-nə istinadən verdiyi məlumata görə, prezident və hökumət üzvləri Muhatqverdidə yerləşən qardaşlıq məzarına gələrək hərbçilərin məzarına gül dəstələri qoyub.

Marqvelaşvili vurğulayıb ki, avqustun 8-i Gürcüstan xalq üçün çox ağır gündür. Məhz həmin gün ölkə ordusunun ən yaxşı hərbçiləri vətən uğrunda həlak olub.

“Rusiya müharibəyə başladı və bizim ərazimizin 20 faizini işğal etdi” – deyə, Marqvelaşvili bildirib.

Qeyd edək ki, 2008-ci ilin avqust ayında Rusiya Federasiyasının 58-ci ordusunun hissələrinin Gürcüstan ərazisinə hücumu nəticəsində baş verib.

Gürcüstanın Cənubi Osetiya əyalətində yerləşən separatçı Osetin silahlı dəstələrinin 2008-ci ilin iyul ayından başlayaraq bölgədəki Gürcu kəndlərini atəşə tutması nəticəsində, 8 avqust 2008-də Gürcüstan silahlı qüvvələri Cənubi Osetiyada geniş miqyaslı hərbi əməliyyata başlayıb. Əməliyyatın nəticəsində Cənubi Osetiya əyalətinin mərkəzi olan Tsxinvali şəhəri Gürcüstan silahlı qüvvələri tərəfdən ağır top atəşinə məruz qalıb. Buna cavab olaraq eyni gün Rusiyanın 58-ci ordusunun hissələri Roki tunelini keçərək Gürcüstanın ərazisinə daxil olmuşdur və Sxivnali şəhəri istiqamətində hücuma başlayıb.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti