ABŞ İŞİD-ə aviazərbələr endirəcək

ABŞ İŞİD-ə aviazərbələr endirəcək
  08 Avqust 2014    Oxunub:2160
ABŞ dini azlıqların soyqrımının qarşısını almaq üçün humanitar yardım əməliyyatına başlayıb və məhdud hərbi aviazərbələr endirməyə hazırdır.
AzVision.az-ın “Reuters”ə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ prezidenti Barak Obama bildirib.

“Mən İŞİD-ə qarşı məhdud aviazərbələrin endirilməsi barədə əmr verdim” – deyə, Obama vurğulayıb. ABŞ prezidentinin sözlərinə görə, onun ölkəsi artıq humanitar əməliyyata başlayıb və ABŞ təyyarələri İŞİD yaraqlıları tərəfindən mühasirəyə alınan yezidi kürdlərə yardım çatdırırlar.

“İŞİD yaraqlıları bütün yezidi kürdlərin öldürülməsi barədə çağırış edib. Bu onlara qarşı soyqırım ola bilər” – deyə, Obama bildirib. Onun sözlərinə görə, İraqda yaşayan xristianlar da təhlükə altındadır.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti