Alman deputatlar Azərbaycanın “qara siyahı”sında

Alman deputatlar Azərbaycanın “qara siyahı”sında
  07 Avqust 2014    Oxunub:2136
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan avqustun 3-də Almaniya parlamentinin “Xristian-Demokratik Birliyi” və “Xristian-Sosialist Biriliyi”nin üzvləri Manfred Qrund və Alber Vaylerin daxil olduğu nümayəndə heyətini qəbul edib.
Görüş zamanı Edvard Nalbandyan Ermənistan – Almaniya münasibətlərinin yüksək səviyyədə olduğunu bildirib.

Nalbandyan həmçinin alman deputatları Dağlıq Qarabağdakı hazırkı vəziyyət barədə də məlumatlandırıb.

Qeyd edək ki, alman deputatlar məhz həmin gün Qarabağa səfər edərək “Dağlıq Qarabağ Respublikası”na səfər etmişdilər.
Məlumata əsasən həmin görüş zamanı ikitərəfli münasibətlər, Dağlıq Qarabağ məsələsi də daxil olmaqla bir sıra məsələlər məsələlər müzakirə olunub.

Hazırda Alman deputatlarının Dağlıq Qarabağa qanunsuz səfəri Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən araşdırılır.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti