Ermənistan rəhbərliyi qorxuya düşdü

Ermənistan rəhbərliyi qorxuya düşdü
  07 Avqust 2014    Oxunub:8097
Prezident İlham Əliyevin cəbhə xəttinə səfəri və Ağdamda keçirdiyi müşavirədəki sərt çıxışı erməni tərəfini təşvişə salıb.

Ermənistan hökumətinin bu gün keçirilən iclasında çıxış edən dövlət rəsmiləri ciddi narahatlıq keçirdiklərini gizlətməyiblər.

Hökumətin iclasında çıxışı zamanı Ermənistanın müdafiə naziri Seyran Ohanyan ölkəmizi şantaj etməyə çalışıb.

“Azərbaycan Ermənistan tərəfinin Mingəçevir Su Anbarında təxribat törədəciyindən ehtiyat edir”-deyə Ohanyan vurğulayıb.

Müdafiə nazirindən öncə çıxış edən Ermənistan FHN-in rəhbəri Armen Eriçyan bəyan edib ki, Azərbaycanın FHN bölmələri sərhəddə hərbi xidmətə cəlb oluna bilər.

Bununla əlaqədar Eriçyan vurğulayıb ki, Müdafiə Nazirliyi təlimlər üçün ərazi təqdim edəcəyi təqdirdə 4 min heyətə malik ölkə FHN həmin ərazidə xidmət apara bilər.

Öz növbəsində Ermənistan baş naziri Ovik Abramyan bu məsələnin müzakirə oluna biləcəyini bildirib. Bu təklifi müdafiə naziri Seyran Ohanyan da dəstəkləyib.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti