Sarkisyan Əliyevlə görüş üçün Soçiyə gedir

Sarkisyan Əliyevlə görüş üçün Soçiyə gedir
  07 Avqust 2014    Oxunub:4157
Ermənistan prezidenti Serj Sarkisyan avqustun 8-də Rusiyanın Soçi şəhərinə yollanacaq.

AzVision.az-ın məlumatına görə, bu barədə erməni KİV-i xəbər yayıb.

Bildirilir ki, avqustun 9-da Sarkisyan rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək.

Erməni tərəfi həmçinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması yollarını müzakirə etmək Ermənistan, Azərbaycan və Rusiya liderlərinin iştirakı ilə üçtərəfli görüşdə iştirak etməyə hazır olduğunu bildirib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti