Azərbaycanlı Rusiyada nazir müavini oldu

Azərbaycanlı Rusiyada nazir müavini oldu
  07 Avqust 2014    Oxunub:4154
Rusiya Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyinin Beynəlxalq Əlaqələr üzrə departamentinin rəhbəri Rəşid İsmayılov bu gün nazir Nikolay Nikoforovun müavini vəzifəsinə təyin olunub.

Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Qeyd edək ki, Rəşid İsmayılov 1965-ci ildə Bakıda anadan olub. O, ötən ilin yanvar ayından etibarən Rusiya Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyində işləyib. Nazirlikdə işə başlamazdan əvvəl o, “Huawei Technologies” “Nokia Siemens Networks” və “Ericsson” kimi dünyanın nüfuzlu şirkətlərində rəhbər vəzifələrdə çalışıb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti