Türkiyə mətbuatı İlham Əliyevin cəbhəyə səfərindən yazıb

Türkiyə mətbuatı İlham Əliyevin cəbhəyə səfərindən yazıb
  07 Avqust 2014    Oxunub:2254
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin avqustun 6-da Ağdamdakı “N” saylı hərbi hissədə olması Türkiyə mətbuatı tərəfindən diqqətlə izlənilməkdədir.
“Anadolu” xəbər agentliyi, “Yeni şəfəq” və “Zaman” qəzetləri, ölkənin nüfuzlu xəbər portalları tərəfindən yayılan məlumatlarda bildirilir ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə təmas xəttində yerləşən “N” saylı hərbi hissədə əsgərlərin və zabitlərin xidməti üçün yaradılan şərait barədə məlumat verib.

Məlumatlarda bildirilir ki, Ali Baş Komandan İlham Əliyev komanda müşahidə məntəqəsindən düşmənin mövqelərini izləyib və döyüş tapşırığını yerinə yetirərkən xüsusilə fərqlənmiş bir qrup hərbçiyə qiymətli hədiyyələr təqdim edib.

Ermənistan silahlı qüvvələrinin son günlər Ermənistan-Azərbaycan dövlət sərhədi və qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozaraq Silahlı Qüvvələrimizin mövqelərinə basqını Türkiyə KİV-lərində işğalçı tərəfin Azərbaycana qarşı növbəti təxribatı kimi dəyərləndirilir.


Teqlər:





Xəbər lenti