Deputat: "Qadınların iş vaxtı azı bir saat azaldılmalıdır"

   Deputat:    "Qadınların iş vaxtı azı bir saat azaldılmalıdır"
  24 Aprel 2026    Oxunub:355
"Qadınların ailələrinə daha çox vaxt ayıra bilmələri üçün maaşlarını saxlamaqla iş vaxtını ən azı bir saat azaltmaq müsbət nəticə verə bilər".
Bu sözləri Rusiya Dövlət Dumasının deputatı İqor Antropenko "TASS" xəbər agentliyinə açıqlamasında dilə gətirib. O diqqətə çatdırıb ki, əksər ailələrdə uşaqlar azı bir əlavə təhsil dərnəyinə, ya idman məşğələsinə gedirlər.

"Analar üçün axşam saat 18:00-da işdən çıxıb, uşaqları dərnəyə aparmaq çox çətindir. Eyni zamanda, uşaqlar analarını həmişə yorğun görmələri onlar üçün yaxşı nümunə deyil. Qız uşaqları belə qənaətə gələ bilərlər ki, anaları bu işləri könülsüz görürlər vətəmirlər. Özləri də gələcəkdə uşaq dünyaya gətirməyə tərəddüdlə yanaşırlar", - deputat söyləyib.

Antropenko vurğulayıb ki, qadınlar kişilərdən daha çox vaxta ehtiyacları var. Gənc qızların özlərinin bütün günlərini işdə keçirmələri, ardınca evə yorğun qayıtmaları şəxsi həyat qurmaq fonunda məqsədəuyğun deyil.

Firudin Həmidli
AzVision.az


Teqlər: qadınlar   iş-saatları  





Xəbər lenti