Myanma zəlzələsində ölənlərin sayı 1000-i keçdi - VİDEO

 Myanma zəlzələsində ölənlərin sayı 1000-i keçdi  - VİDEO
  29 Mart 2025    Oxunub:995
Myanmada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1000-i ötüb.
AzVision.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası Myanma KİV-lərinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Myanma hərbi xuntasının lideri baş general Min Aunq Hlaynq Mandalaya gedib. Ona şəhərdəki vəziyyət barədə məlumat verilib. Ona 1002 nəfərin öldüyü, daha 2 min 376 nəfərin yaralandığı bildirilib.

Martın 28-də qeydə alınan güclü təkanlar demək olar ki, bütün ölkə ərazisində dağıntılara səbəb olub. Hadisə şahidlərinin sözlərinə görə, bir çox yaşayış binaları, inzibati binalar və xəstəxanalar uçub.


AzVision.az



Teqlər: Zəlzələ  





Xəbər lenti