Rusiyaya kütləvi PUA hücumu olub

İndiki hesabatda bu gecə aşağıdakı bölgələrdə vurulan PUA-ların sayı göstərilib. Siyahıda ilk üçlükdə Kursk vilayəti (126), paytaxt Moskva və Moskva vilayəti (ümumilikdə 91) yer alıb.
“Shot” portalının məlumatına əsasən, Moskvaya PD-2, “Rubaka” və “Lyutıy” tipli pilotsuz təyyarələr hücum edib. Ukraynanın Çerniqov, Sumı və Dnepropetrovsk vilayətlərindən buraxılan bu dronlar 6-12 ədəd qruplardan ibarət olub ki, bu da HHM sistemlərinin onları vaxtında vura bilmək imkanını əhəmiyyətli dərəcədə məhdudlaşdırıb.
Moskva meri Sergey Sobyaninin sözlərinə görə, hava hücumundan müdafiə (HHM) sistemləri paytaxta hücum etməyə cəhd göstərən 69 Ukrayna PUA-sını vurub. Rusiya mediası və teleqram-kanalları hücum və dağıntıların düşməsi nəticəsində bir neçə yerdə dağıntıların qeydə alındığını bildirir. Onların tullantıları Moskvanın Domodedovskaya küçəsində, “Domodedovo” dəmir yolu vağzalının yaxınlığındakı hündürmərtəbəli binaya düşüb. Bu, qatarların hərəkət cədvəlində fasilələrə səbəb olub.
Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi onu da bildirib ki, Moskva hava limanlarında - Domodedovo, Jukovski, Vnukovo, Şeremetyevoda uçuşlara müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Rusiya mediası PUA-ların hücumu nəticəsində Moskva vilayətində 5 nəfərin öldüyünü yazır. Vurulmuş dronların qalıqlarının düşməsi nəticəsində Domodedovo şəhərində avtomobil dayanacağına, Moskva yaxınlığındakı Vidnoye qəsəbəsində, həmçinin Ramenskoyedə yaşayış binalarına ziyan dəyib.
Moskva vilayətinin qubernatoru Andrey Vorobyov Moskva ətrafı səmasənda 60-dan çox PUA-nın məhv edildiyini bildirib.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Ukrayna Rusiya PUA hücum