Dumanlı hava ilə bağlı xəbərdarlıq olunub

Dumanlı hava ilə bağlı xəbərdarlıq olunub
  03 Mart 2025    Oxunub:346
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi dumanlı hava ilə bağlı xəbərdarlıq edib.
AzVision.az xəbər verir ki, xəbərdarlıqda deyilir:

Dumanlı hava yolda təhlükə yarada bilər!

"Sinoptiklərin məlumatına görə, martın 4-də dumanlı hava şəraiti ilə əlaqədar olaraq, avtomagistrallarda görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşması gözlənilir.

Görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşması gözlənilir

Dumanlı havada yollarda yaranan məhdudiyyətli görünmənin texniki nizamlama vasitələrinin və digər hərəkət iştirakçılarının vaxtında görünməsinə maneə yaratdığını, eləcə də bir sıra dağlıq və dağətəyi bölgələrdə gecə və səhər saatlarında yolların buz bağlama ehtimalını nəzərə alaraq, sürücülərə zəruri ehtiyat tədbirləri görmək, sürət həddini hava şəraitinə uyğun seçmək, nəqliyyat vasitələrinin, xüsusilə xarici işıq cihazlarının sazlığına diqqət yetirmək, ötmə və manevr etmə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət etmək tövsiyə olunur".

AzVision.az



Teqlər:





Xəbər lenti