Ərəb ölkələri Trampın Qəzza planına alternativ irəli sürəcək

   Ərəb ölkələri Trampın Qəzza planına alternativ irəli sürəcək
  03 Mart 2025    Oxunub:431
Sabah Misirin paytaxtı Qahirə şəhərində ərəb ölkələri nümayəndələrinin xüsusi sammiti keçiriləcək.
"Al Jazeera" xəbər agentliyi yazır ki, sammitdə ABŞ Prezidenti Donald Trampın Qəzza zolağının gələcəyinə dair radikal planına alternativ təkliflər irəli sürülməsi gözlənilir. Eyni zamanda, İsrail və HƏMAS arasında atəşkəsin uzadılması məsələsinə də baxılacaq.

"Ümidvarıq ki, sabahkı sammitdə bütün tərəflərin az-çox razılaşacağı real təklif eşidəcəyik. Belə bir vəziyyətdə, yəni vasitəçi ABŞ və Misirin, o cümlədən digər ərəb ölkələrinin təklifləri açıqlananda İsrail də konkret mövqeyinə qərar verməlidir", - ABŞ-nin Corctaun Universitetinin Qətərdəki filialının professoru Luçiano Zakkara agentliyə açıqlamasında deyib.
Qəzzada atəş yenidən qığılcımlanır

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp fevralın əvvəlində İsrailin Baş naziri Benyamin Netanyahu Ağ Evə onun qəbuluna gələndə sözügedən planını dilə gətirmişdi. O, bütün fələstinlilərin müharibə nəticəsində xarabaya çevrilən Qəzzadan daha təhlükəsiz ərazilərə köçürüləcəyini, ərazini birbaşa ABŞ-nin nəzarətə götürəcəyini diqqətə çatdırmışdı. O hətta özünün "Truth" hesabında bu planına dair süni intellektlə hazırlanmış videoçarx da paylaşıb. Videodan görünür ki, Tramp Qəzzanı "öz məşum keçmişindən qurtararaq, işıqlı turizm mərkəzinə çevirmək" arzusundadır.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Qəzza   ABŞ   plan   təklif  





Xəbər lenti