Tramp: "Putinə yox, ölkədəki vəziyyətə görə narahat olmalıyıq"

   Tramp:    "Putinə yox, ölkədəki vəziyyətə görə narahat olmalıyıq"
  03 Mart 2025    Oxunub:424
ABŞ Prezidenti Donald Tramp Ukraynadakı müharibə böhranı çərçivəsində Rusiyaya artan yaxınlığı ilə bağlı tənqidlərə maraqlı cavab verib.
Lider bu barədə özünün "Truth" hesabında yazıb. O vurğulayıb ki, ABŞ artıq Rusiya Prezidenti Vladimir Putinə görə "narahat olmağa daha az vaxt sərf etməlidir".

"Biz ölkədə qadınları zorlayan miqrant qrupları, narkobaronlar, qatillər və ruhi əsəb dispanserlərindən qaçıb gələnlərə qarşı daha çox narahatlıq duymalıyıq. Aqibətimiz Avropaya oxşamasın!", - o bildirib.

Trampın eyham mahiyyətli sözləri, əslində, Vaşinqtonun artıq Rusiya-Ukrayna müharibəsinə "baş qoşmayacağını", öz daxili problemləri ilə maraqlanacacağını açıq-aşkar göstərir.
ABŞ Ukraynanın və Zelenskinin taleyini həll edəcək

Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski ötən günlərdə ABŞ-də Donald Trampın qəbuluna gəlmiş, vitse-prezident C.D.Vensin iştirakı ilə baş tutan görüş tərəflər arasında sərt müzakirə ilə yadda qalmışdı. Həmin dəqiqələrdə Trampın Zelenskiyə qarşı rəftarı da onun Ukraynanı "öz taleyinə buraxdığının" bariz sübutudur.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   Ukrayna   Rusiya   müharibə  





Xəbər lenti