Azərbaycanda “Barselona”nın akademiyası yaradılacaq

 Azərbaycanda “Barselona”nın akademiyası yaradılacaq
  01 Mart 2025    Oxunub:520
Azərbaycanda İspaniyanın “Barselona” klubunun futbol akademiyası yaradılacaq.
AzVision.az -ın məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “Barselona” klubunun prezidenti Xuan Laportanı qəbul edərkən bildirilib.

Görüşdə Azərbaycanda “Barselona” futbol akademiyasının yaradılması ilə bağlı sənədin imzalanacağı bildirilib, akademiyanın gələcək fəaliyyətinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycanda uşaq futbolunun inkişafı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
AzVision.az



Teqlər: Akademiya  





Xəbər lenti