Ruxadze: Azərbaycan bizim xüsusi həssaslıqla yanaşdığımız ölkədir

         Ruxadze:    Azərbaycan bizim xüsusi həssaslıqla yanaşdığımız ölkədir
  01 Mart 2025    Oxunub:343
Hər bir millətin milli mədəniyyəti, adət-ənənəsi olmalıdır, bunlar olmasa, o millət inkişaf edə bilməz.
AzVision.az xəbər verir ki, Gürcüstanın Mədəniyyət və İdman naziri Tinatin Ruxadzenin sözlərinə görə, Gürcüstan və Azərbaycan öz mədəniyyəti, milli-mənəvi dəyərləri və adət-ənənələri ilə seçilir. Hər bir ölkədə milli mədəniyyətlərə xüsusi diqqət yetirilir.

“Biz Qafqazda qardaşlıq münasibətlərini qoruyuruq. Dəfələrlə müxtəlif qastrol səfərlərində Azərbaycana getmişik. Azərbaycan bizim üçün xüsusi həssaslıqla yanaşdığımız ölkədir. Biz Azərbaycanla əlaqələrin bütün sahələrdə, eləcə də mədəniyyət sahəsində inkişafında maraqlıyıq. Bunun üçün əlimizdən gələni etməyə hazırıq”, – Tinati Ruxadze bildirib.

Bu ilin yanvarında Bakıya səfərini və Prezident İlham Əliyev tərəfindən hörmətlə qarşılandıqlarını vurğulayan nazir deyib: “Bizi Bakıda çox yüksək səviyyədə, xüsusi hörmətlə qarşıladılar. Əsl qardaşa layiq qarşılanma oldu. Buna görə Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm”.

Nazir qeyd edib ki, Prezident İlham Əliyevlə görüşdə ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən də mədəniyyət sahəsində əməkdaşlığın inkişaf perspektivləri diqqət mərkəzində olub.

“Qarşıda bizi böyük işlər gözləyir. Ümid edirəm ki, biz mədəniyyət sahəsində əlaqələrimizin daha da möhkəmlənməsində, milli-mənəvi dəyərlərimizin inkişafında və dünyada təbliğində birgə çox işlər görəcəyik”, - Tinati Ruxadze vurğulayıb.

AzVision.az



Teqlər: Gürcüstan   Azərbaycan   münasibətlər  





Xəbər lenti