Tramp Ukraynaya yardımın dondurulması ilə bağlı görüş keçirəcək

Tramp Ukraynaya yardımın dondurulması ilə bağlı görüş keçirəcək
  03 Mart 2025    Oxunub:388
ABŞ prezidenti Donald Tramp bazar ertəsi günortadan sonra Ukrayna ilə bağlı böhranla bağlı növbəti addımlar, o cümlədən ABŞ-nin hərbi yardımının mümkün dayandırılması ilə bağlı görüş keçirəcək.
AzVision.az xəbər verir ki, bu haqda mənbələrə istinadən “Axios” potralı məlumat yayıb.

Mənbələr bildiriblər ki, görüşdə Trampla yanaşı, vitse-prezident Devid Vens, dövlət katibi Marko Rubio, müdafiə naziri Pit Heqset, milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals və digər yüksək vəzifəli məmurların iştirakı gözlənilir.

Xatırladaq ki, Ağ Evdə keçirilən Tramp-Zelenski görüşü xüsusilə Zelenskinin Putinin əvvəlki razılaşmaları pozduğunu və ona etibar edilə bilməyəcəyini deməsindən sonra gərginləşib.

AzVision.az



Teqlər:





Xəbər lenti