Sabah Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir

Sabah Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir
  01 Mart 2025    Oxunub:323
Azərbaycanda martın 2-nə gözlənilən hava proqnozu açıqlanıb.
AzVision.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin martın 1-dən 2-nə keçən gecə bəzi yerlərdə az qar yağacağı ehtimalı var.

Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-8° şaxta, gündüz 1-4° isti olacaq. Gecə və səhər bəzi yollar buz bağlayacaq. Atmosfer təzyiqi normadan yüksək - 772 millimetr civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 60-65 faiz təşkil edəcək.
Gecə və səhər bəzi yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə arabir qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 3-8° şaxta, gündüz 5-10° isti, dağlarda gecə 13-18°, yüksək dağlıq ərazilərdə 19-24°, gündüz 0-5° şaxta olacağı proqnozlaşdırılır. Bəzi yollar buz bağlayacaq

Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə arabir qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 7-12° şaxta, gündüz 3-8° isti olacağı bildirilir. Gecə və səhər bəzi yerlərdə yolların buz bağlama ehtimalı var.

Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən, Gədəbəy, Göygöl rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə arabir qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 10-15° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı ehtimal edilir.

Gecə və səhər bəzi yerlərdə yollar buz bağlaya bilərr.

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə arabir qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 5-10°, dağlıq ərazilərdə 16°-dək şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə yolların buz bağlama ehtimalı var.

Gəncə və Naftalan şəhərlərində, Qazax, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə arabir qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-8° şaxta, gündüz 5-9° isti olacaq. Gecə və səhər bəzi yerlərdə yolların buz bağlayacağı ehtimal olunur.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə arabir qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 7-12° şaxta, gündüz 3-8° isti, dağlarda gecə 13-18°, yüksək dağlıq ərazilərdə 19-24°, gündüz 0-5° şaxta olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə yolların buz bağlayacağı istisna deyil.

Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Saatlı, Göyçay, Ucar, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-8° şaxta, gündüz 5-10° isti olacaq. Gecə və səhər bəzi yerlərdə yolların buz bağlaması mümkündür.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabad rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 3-8° isti, dağlarda gecə 6-11° şaxta, gündüz 0-5° isti olacağı proqnozlaşdırılır. Bəzi yerlərdə yolların buz bağlayacağı ehtimalı var.

AzVision.az




Teqlər: hava   sabah  





Xəbər lenti