"Kiyev Vaşinqtonun dəstəyindən məhrum qalarsa, yeganə ümidi Avropadakı müttəfiqləridir. Hərçənd müasir ABŞ silahlarını, o cümlədən hava hücumundan müdafiə sistemlərini, yer-yer tipli ballistik raketləri, əlbəttə, onlarda tapa, yaxud yaxın gələcəkdə alternativləri ilə əvəzləyə bilməyəcək", - qəzet bildirir.
Məlumata görə, Ukrayna son aylarda yerli silah sənayesini əhəmiyyətli dərəcədə artıraraq, il ərzində 30 milyard dollar dəyərində silah buraxıb. Hökumət nümayəndələrinin sözlərinə görə, 2024-cü ildə ölkədə 1,5 milyon pilotsuz uçuş aparatı (PUA) hazırlanıb. Cari ilin əvvəlində isə 3 min raket və 30 min uzaq mənzilli PUA-nın istehsalı nəzərdə tutulur.
Hazırda Avropa İttifaqının Ukraynaya ötənilki kimi yenidən 20 milyard avro həcmində hərbi yardım ayırması nəzərdə tutulsa da, ittifaq daxilindəki bir sıra ölkənin, o cümlədən Macarıstan və Slovakiyanın mövqelərinə görə sazişin mümkünlüyü sual altında qalır. Martın 6-da Brüsseldə keçiriləcək sammitdə bu məsələyə baxılacaq.
![]() |
Tramp: "Putinə yox, ölkədəki vəziyyətə görə narahat olmalıyıq" |
Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski ötən günlərdə ABŞ-də Donald Trampın qəbuluna gəlmiş, vitse-prezident C.D.Vensin iştirakı ilə baş tutan görüş tərəflər arasında sərt müzakirə ilə yadda qalmışdı. Həmin dəqiqələrdə Trampın Zelenskiyə qarşı rəftarı onun Ukraynanı "öz taleyinə buraxdığını" göstərir. Tramp, eyni zamanda, özünün "Truth" hesabında da bu mövqeyini açıq-aydın vurğulayıb. O, Vaşinqtonun artıq Rusiya-Ukrayna müharibəsinə "baş qoşmayacağına", öz daxili problemləri ilə maraqlanacacağına eyham vurub.
Firudin Həmidli
AzVision.az