Ombudsmadan hakimlərə tövsiyyə I Həbsə alternativ az hallarda tətbiq olunur

      Ombudsmadan hakimlərə tövsiyyə I    Həbsə alternativ az hallarda tətbiq olunur
  03 Mart 2025    Oxunub:446
Azərbaycan məhkəmələrində istintaq orqanın təqdimatları zamanı həbsə alternativ qətimkan tədbirləri olduqca az hallarda tətbiq olunur.
Bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanının) 2024-cü il üzrə məruzəsində qeyd olunub. Məruzədə qeyd olunub ki, Ombudsman şəxsi cəmiyyətdən təcrid etmədən azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzaların və həbsə alternativ qətimkan tədbirlərinin (ev dustaqlığı, girov, şəxsi zaminlik və s.) tətbiqi praktikasının genişləndirilməsini zəruri hesab edir:

“Həbsə alternativ qətimkan tədbirlərinin seçilməsi, istintaq hərəkətlərinin mümkün qədər qısa müddətdə yekunlaşdırılması, prokurorluq tərəfindən prosessual nəzarətin gücləndirilməsi, habelə azadlıqdan məhrumetməyə alternativ cəzalara üstünlük verilməsi penitensiar müəssisələrdəki sıxlıq probleminin aradan qaldırılmasına da müsbət təsirini göstərəcək”.

Məruzədə qeyd olunub ki, hakimlər tərəfindən məhkəmələrdə həbs qətimkan tədbirinin seçilməsi haqqında təqdimata baxarkən digər qətimkan tədbirlərinin seçilməsinin mümkünlüyünün yoxlanılmalıdır:

“Hakimlərə təqdimat təmin edildikdə isə həbslə əlaqədar olmayan qətimkan tədbirinin seçilməsinin qeyri-mümkün olmasının əsaslandırılması tövsiyə olunur.

Məhkəmə-hüquq sistemində həyata keçirilən islahatlar cəza siyasətinin humanistləşdirilməsini və cinayətlərin dekriminallaşdırılmasını, qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına əməl olunmasını, alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsini nəzərdə tutulur”.

AzVision.az



Teqlər:





Xəbər lenti