ABŞ Ukraynanın və Zelenskinin taleyini həll edəcək

   ABŞ Ukraynanın və Zelenskinin taleyini həll edəcək
  03 Mart 2025    Oxunub:427
ABŞ prezidenti Donald Tramp Ukraynaya hərbi yardımı dayandırmağı nəzərdən keçirəcək.
AzVision.az xəbər verir ki, mənbələrə istinad edən “The New York Times (NYT)” qəzetinin yazdığına görə, Ukrayna ilə bağlı bir sıra tədbirləri nəzərdən keçirmək və ola bilsin ki, qərar qəbul etmək üçün Amerika liderinin martın 3-də məmurlarla görüş keçirəcək.

“Bazar ertəsi Tramp Dövlət katibi Marko Rubio və Müdafiə naziri Pit Heqset də daxil olmaqla milli təhlükəsizlik üzrə yüksək səviyyəli köməkçiləri ilə görüşərək Ukrayna ilə bağlı bir sıra strategiyaları nəzərdən keçirəcək və ola bilsin ki, tədbirlər görəcək”, – nəşr Tramp administrasiyasının rəsmisindən sitat gətirib.

Avropalı məmura istinad edən “Blooçberg” nəşri isə, öz növbəsində bildirir ki, ABŞ prezidenti Donald Trampın bəzi müşavirləri müharibəni dayandırmaq üçün gələcək razılaşmaya prezident Volodimir Zelenskinin istefası ilə bağlı bənd salınmasını təklif edirlər.

Nəşrin iddiasına görə, Tramp “daha az radikal yanaşma” sərgiləyir. Qeyd edək ki, martın 2-də ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson bildirib ki, Zelenski özünə gəlib sülh danışıqlarına başlamasa, Ukraynaya başqa siyasətçi rəhbərlik etməlidir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   Ukrayna   Zelenski  





Xəbər lenti