Siyəzəndə 5 “Toyota" yandı

   Siyəzəndə 5 “Toyota" yandı
  03 Mart 2025    Oxunub:426
Siyəzən rayonu ərazisində "Mercedes" markalı yük avtomobilinin qoşqusunda olan 5 ədəd “Toyota" markalı minik avtomobili yanıb.
Hadisə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunun 95-ci kilometrliyində baş verib. Qoşqu dərhal sürücü tərəfindən avtomobildən ayrılıb. Hadisə zamanı avtomobillərlə yanaşı, qoşqunun yanar hissələri də yanıb.

Hadisə yerinə yanğından mühafizə bölmələri cəlb olunub. Qoşquda olan digər 3 avtomobil yanğından mühafizə olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti