“Mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan tankerlər Atlantik okeanında istiqamətini dəyişdirərək Avropaya üz tuturlar, çünki yük sahibləri Ukrayna ərazisindən keçən Rusiya boru kəməri qazının itirilməsi nəticəsində zərər çəkmiş bazardan faydalanmaq istəyirlər”, - nəşrdə dərc olunan materialda bildirilir.
Məqalənin müəlliflərinin iddiasına görə, bu ay ABŞ-dən yola düşən yeddi LNG tankeri ilkin marşrutlarından çıxıb. Altı gəmi “Xoş Ümid” burnuna və Asiyaya, digəri isə Kolumbiyaya getdiyi halda, indi onların hamısı Avropa limanlarına doğru hərəkət edir.
Bloomberg: “Avropa maye qaz uğrunda qlobal mübarizəyə başlayacaq” |
Rusiya qazının Ukrayna vasitəsilə Avropaya tədarükü ilə bağlı müqavilənin müddəti dekabrın 31-də başa çatıb. Kiyev bu müqavilənin hətta üçüncü ölkələr tərəfindən satınalmalar üçün də uzadılması imkanını rədd edib. Nəticədə yanvarın 1-də Rusiyanın “Qazprom” inhisarçı şirkəti Ukrayna ərazisindən keçməklə qaz tranzitini dayandırıb.
Maraqlıdır ki, hələ vəzivəsinin icrasına başlamazdan əvvəl Avropa mallarına tarifləri qaldıracağı ilə hədələyən ABŞ-nin yeni prezidenti Donald Tramp avropalıları həm də Amerikadan LNG alışının həcmini artırmağa çağırmışdı. İndi isə Avropanın üzləşdiyi çətinlik Trampın bu çağırışının avropalılar üçün nə qədər taleyüklü olduğunu təsdiqləyir.
Atalar demişkən, istədiyin yar idi, yetirdi pərvərdigar!
Sahil İsgəndərov
AzVision.az