Prezident kubalı həmkarına təbrik ünvanlayıb

 Prezident kubalı həmkarına təbrik ünvanlayıb
  01 Yanvar 2025    Oxunub:949
Azərbaycan Prezidenti İlham Əliyev kubalı həmkarı Migel Dias-Kanel Bermudesə təbrik məktubu göndərib.
AzVision.az məktubu diqqətə çatdırır:

"Kuba Respublikasının milli bayramı – Azadlıq Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Azərbaycan ilə Kuba arasında dostluq əlaqələri xoş ənənələrə əsaslanır. İnanıram ki, mövcud imkanlardan yararlanaraq birgə səylərimizlə dövlətlərarası münasibətlərimizin daha da inkişafına, qarşılıqlı maraq doğuran sahələrdə səmərəli əməkdaşlığımızın genişlənməsinə nail ola bilərik.

Bu xoş fürsətdən istifadə edərək Yeni, 2025-ci il münasibətilə də Sizi ürəkdən təbrik edir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Kuba xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

AzVision.az


Teqlər: Prezident   təbrik   Kuba  





Xəbər lenti