Mehriban Əliyeva: Bütün azərbaycanlılar sağlam və xoşbəxt olsunlar

      Mehriban Əliyeva:    Bütün azərbaycanlılar sağlam və xoşbəxt olsunlar
  31 Dekabr 2024    Oxunub:906
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar instaqramdakı rəsmi səhifəsində paylaşım edib.
AzVision.az xəbər verir ki, paylaşımda deyilir: "Sizi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Qoy Tanrı öz mərhəmətini xalqımızdan heç zaman əsirgəməsin! Qoy yer üzündəki bütün azərbaycanlılar sağlam və xoşbəxt olsunlar! Sizə və ailələrinizə möhkəm cansağlığı, xoş ovqat, sevinc və xoşbəxtlik arzulayıram! Dərin hörmət və sevgilərlə, Sizin MEHRİBAN".


AzVision.az


Teqlər:





Xəbər lenti