Sulutəpədə qanunsuz tikinti sökülüb - VİDEO

Sulutəpədə qanunsuz tikinti sökülüb -    VİDEO
  11 Dekabr 2024    Oxunub:542
Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən rayonun Sulutəpə qəsəbəsi ərazisində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.
Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Binəqədi Rayon İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.




AzVision.az


Teqlər:





Xəbər lenti