İsveçrə hərbi sursatının Kiyevə verilməsinə qadağa qoyub

İsveçrə    hərbi sursatının    Kiyevə verilməsinə qadağa qoyub
  23 Noyabr 2024    Oxunub:300
İsveçrə döyüş sursatının Ukraynaya göndərildiyini bildikdən sonra Polşa şirlətinə onu ixrac etməyə qadağa qoyub.
AzVision.az “Associated Press” agentliyinə istinadən xəbər verir ki, İsveçrə hökuməti bu ölkənin istehsalı olan 645 minə yaxın kiçik çaplı sursatın İsveçrə qanunvericiliyinə zidd olaraq Ukraynaya ötürüldüyü qənaətinə gəlib.

ABŞ-nin “Defence One” xəbər nəşri ötən ilin noyabrında Ukraynanın Polşanın UMO şirkətindən “SwissP Defence” tərəfindən istehsal edilən zirehli deşici mərmiləri olan 645 min tüfəng gülləsi alması barədə məlumat yaydıqdan sonra İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin araşdırmaya başladığı bildirilir.

“Halbuki, müqaviləyə əsasən, Polşa şirkəti sursatları yalnız Polşada yenidən satmaq hüququna malik idi. Bununla belə, araşdırma nəticəsində məlum olub ki, Polşa şirkəti İsveçrə istehsalçısı qarşısında müqavilə öhdəliklərini yerinə yetirməyib və sursat Ukraynaya ötürülüb”, - dərc olunan materialda vurğulanır.

İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi Polşa şirkətinin ixracına qadağa qoyulacağını açıqlayıb, çünki “Ukraynaya yönləndirmə riski çox yüksək qiymətləndirilir”. İsveçrə qanunları isə müharibə aparan ölkələrə özünə məxsus və ya İsveçrə istehsalı olan hərbi texnikanın ixracını qadağan edir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: İsveçrə   sursat   Ukrayna   qadağa  





Xəbər lenti