Rusiya Azərbaycandan kartof idxalını artırmaq istəyir

Rusiya Azərbaycandan    kartof idxalını    artırmaq istəyir
  18 Noyabr 2024    Oxunub:262
Rusiyaya kartof idxalını Azərbaycan, Misir, Çin və Pakistandan tədarük hesabına artırmaq olar.
AzVision.az xəbər verir ki, “Rusprodsoyuz” assosiasiyasının idarə heyətinin sədrinin müavini Dmitri Leonov Rusiyanın “TASS” agentliyinə açıqlamasında belə deyib.

Assosiasiyanın məlumatına görə, 2024-cü ilin yanvar-aprel aylarında Rusiyaya ərzaq kartofu idxalı 56,9 min ton təşkil edib. Bu dövrdə, Avrasiya İqtisadi İttifaqı (Aİİ) və İran istisna olunmaqla, ən yaxşı tədarükçülər kimi Rusiyaya bütün kartof tədarükünün 85,3%-ni təşkil edən Misir,həmçinin Azərbaycan, Çin və Pakistan özlərini göstəriblər.

“Məhsulun azalması ilə əlaqədar çatışmayan həcmlər bu ölkələrdən kartofun tədarükü hesabına ödənilə bilər”, - Dmitri Leonov bildirib.

Bundan əvvəl Rusiyanın baş nazirinin müavini Dmitri Patruşev Rusiyanın İqtisadi İnkişaf nazirliyinə və Kənd Təsərrüfatı nazirliyinə artan tələbatı ödəmək üçün “dost ölkələrdən” kartof idxalı məsələsinin həll olunmasını xahiş etmişdi.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Azərbaycan   Rusiya   kartof  





Xəbər lenti