Ermənistan İstintaq Komitəsinin rəhbəri istefa verib

 Ermənistan İstintaq Komitəsinin rəhbəri istefa verib
  18 Noyabr 2024    Oxunub:257
Ermənistan İstintaq Komitəsinin sədri Argişti Kərəmyan istefa verdiyini açıqlayıb.
Bunula bağlı müvafiq məlumat komitənin rəsmi saytında dərc olunub.
Kərəmyan müraciətində qeyd edib ki, bu qərar ölkənin hüquq-mühafizə sisteminin fəaliyyəti ilə bağlı vəziyyətin yenidən qiymətləndirilməsinə söykənir.

Xatırladaq ki, noyabrın 17-də axşam saatlarından yerli KİV-də ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyanın, Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyanın, daxili işlər naziri və İstintaq Komitəsinin rəisi Argişti Kərəmyanın istefası barədə məlumatlar yayıb. Bazar ertəsi səhər Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin rəhbəri Sasun Xaçatryan və Ali Məhkəmə Şurasının rəhbəri Karen Andreasyanın vəzifələrindən getməsi rəsmən məlum olub.
Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti