Kamal Kılıçdaroğlu məhkəməyə məcburi gətiriləcək

Kamal Kılıçdaroğlu məhkəməyə məcburi gətiriləcək
  16 Oktyabr 2024    Oxunub:425
İstanbul 48-ci Asliyə Cəza Məhkəməsi vəkillərinin etirazlarına baxmayaraq, Kamal Kılıçdaroğlunun məhkəməyə məcburi gətirilməsinə qərar verib.
AzVision.az xəbər verir ki, qərarın Rəcəb Tayyib Ərdoğanın keçmiş vəkili Mustafa Doğan İnalın açdığı təhqir işi çərçivəsində verildiyi bildirilir.

Bu gün keçirilən iclasda İnalın vəkili Kılıçdaroğlu ilə bağlı şikayətlərinin davam etdiyini bildirib və məhkəmədən onun məcburi gətirilməsini istəyib. Məhkəmə bu vəsatəti məqsədəuyğun hesab edərək, cavabdehin zorla gətirilməsi barədə qərarını elan edib.

Kılıçdaroğlunun vəkili Cəlal Çelikin icazəsi ilə iclasa qatılan vəkil Uğur Çelik deyib: "Müvəkkilimizin iqamətgahı Ankaradadır, göstərişlərin bura göndərilməsini xahiş edirik".

Lakin məhkəmə bu tələbi qəbul etməyib və Kılıçdaroğlunun iclasa məcburi gətirilməsinə qərar verib.

AzVision.az



Teqlər:





Xəbər lenti