Əhali 9 ayda 43 milyard xərcləyib

Əhali 9 ayda 43 milyard xərcləyib
  15 Oktyabr 2024    Oxunub:673
Bu ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 42,7 milyard manatlıq, o cümlədən 23,5 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 19,2 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
AzVision.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb. Bildirilib ki, 2023-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,8 faiz, qeyri-ərzaq malları üzrə 5,7 faiz artıb.

2024-cü ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət dövriyyəsinin strukturu Hesabat dövründə qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,6 faiz artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,7 faizini təşkil edib.

2023-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə 2024-cü ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 9,8 faiz, fərdi sahibkarlar üzrə 0,6 faiz, bazar və yarmarkalarda 2,3 faiz artıb.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 465,2 manatlıq, o cümlədən 255,7 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 209,5 manatlıq qeyri-ərzaq malları alıb.

AzVision.az



Teqlər:





Xəbər lenti