Simonyan: "İrəvan və Bakı razılaşma ərəfəsindədir"

    Simonyan:  "İrəvan və Bakı razılaşma ərəfəsindədir"
  15 Oktyabr 2024    Oxunub:789
"Bakı ilə sülh müqaviləsi imzalamağa hazırıq".
Bu sözləri Ermənistan parlamentinin spikeri Alen Simonyan Cenevrədə Parlamentlərarası İttifaqın 149-cu Assambleyasında çıxışı zamanı dilə gətirib.

"Sülh sazişini imzalağın vaxtı çatıb. Tərəflər siyasi iradi göstərərək fürsətdən yararlanmalı və imkanı reallığa çevirməlidir", - o deyib.
Tokayev: "Bakı-İrəvan danışıqları üçün platforma yaratmağa hazırıq"

Digər tərəfdən, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu ölkəyə səfərə getmiş erməni həmkarı Vaaqn Xaçaturyanla görüşündə sülh sazişi danışıqları məsələsinə toxunaraq, bu danışıqlar üçün Almatı platformasını yenidən irəli sürməyə hazır olduğunu vurğulayıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Ermənistan   Azərbaycan   sülh  





Xəbər lenti