Deputatlar AŞPA-nın yaz sessiyasında iştirak edəcəklər

Deputatlar AŞPA-nın yaz sessiyasında iştirak edəcəklər
  20 Aprel 2013    Oxunub:1406
Aprelin 22-dən 26-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasının yaz sessiyası keçiriləcək
Milli Məclisin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, sessiyada Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, təşkilatda daimi nümayəndə heyətimizin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu iştirak edəcək.

Nümayəndə heyətinin tərkibinə deputatlardan Rafael Hüseynov, Rövşən Rzayev, Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Sabir Hacıyev, Aydın Abbasov, Sahibə Qafarova və Fazil Mustafa daxildirlər.

Sessiyada Türkiyə ilə monitorinq sonrası dialoq, Avropa Birliyinin şərq sərhədlərində miqrasiya proseslərinin tənzimlənməsi, milli parlamentlərin mədəniyyət və təhsilin inkişafında rolu, nano-texnologiyaların fayda və zərərlərinin balanslaşdırılması, dini icmalara qarşı zorakılıq, uşaqlara qarşı cinsi zorakılıqla mübarizə, irqi ayrı-seçkilik, Ermənistanda prezident seçkilərinin nəticələri və digər mövzularda fikir mübadiləsi aparılacaq.

Tədbirdə nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputatlar çıxış edəcək, gündəlikdəki məsələlərə münasibət bildirəcəklər.


Teqlər:





Xəbər lenti