Hindistanda 15 nəfər naməlum qızdırmadan ölüb

Sentyabrın 3-dən 7-nə qədər xəstəlik on nəfərin, o cümlədən uşaqların həyatına son qoyub. Nəşr yazır ki, o vaxtdan bəri ekspertlər daha beş ölüm faktını qeydə alıblar.
Ölümün səbəbini müəyyən etmək üçün həkimlər 11 qan nümunəsi götürərək Pune ştatındakı Milli Virusologiya İnstitutuna göndəriblər.
“Nəticələrin bir-iki günə gəlməsi gözlənilir. Bunun məlum virus və ya yeni bir şey olduğunu öyrənmək üçün gözləmək məcburiyyətində qalacağıq”, - deyə “Hindustan Times”dakı məlumatda bildirilir.
AzVision.az
Teqlər: