İrəvan silah oğurluqlarının nəticəsini görür: Ağır cinayətlərin sayı artıb

 İrəvan silah oğurluqlarının nəticəsini görür:  Ağır cinayətlərin sayı artıb
  12 Sentyabr 2024    Oxunub:842
2024-cü ilin birinci yarısında Ermənistanda xüsusilə ağır cinayətlərin sayı 2023-cü ilin analoji dövrü ilə müqayisədə 17,2% artıb.
Bunu baş prokuror Anna Vardapetyan hökumətin iclasında cinayətlərlə bağlı statistik məlumatları açıqlayarkən deyib.

Ermənistanda 44 günlük müharibədən qalan xeyli silah-sursat aşkarlanıb
Baş prokuror ilin birinci yarısında ümumilikdə 18 818 cinayətin qeydə alındığını söyləyib. 2023-cü ilin eyni dövründə isə 19 891 cinayət törədilib. Vardapetyanın sözlərinə görə, ağır cinayətlərin sayı nisbətən azalıb- 8.2 faiz.

“Lakin bizi başqa bir statistika narahat edir. Bu, xüsusilə ağır cinayətlərin sayı ilə bağlıdır. 17,2% artım olub”, - Vardapetyan bildirib. Xüsusilə, bu, odlu silahdan istifadə edilən cinayətlərə aiddir.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan silah mövzusunda diqqət çəkən açıqlamalar vermişdi. O, deyib ki, 44 günlük müharibədən sonra xeyli sayda silah yoxa çıxıb. Bu məsələ Təhlükəsizlik Şurasının iclasında da müzakirə olunub. Daxili İşlər Nazirliyinə isə qanunsuz silahların axtarışı məsələlərinə yenidən baxılması tapşırılıb.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Silah  





Xəbər lenti