Rusiyadan nüvə xəbərdarlığı: "Qərbə dağıdıcı silahla cavab verəcəyik!"

  Rusiyadan nüvə xəbərdarlığı:  "Qərbə dağıdıcı silahla cavab verəcəyik!"
  11 Sentyabr 2024    Oxunub:970
Rusiya Dövlət Dumasının rəhbəri Vyaçeslav Volodin diqqət çəkən açıqlamalar verib.
O, deyib ki, Ukrayna prezidenti Volodimir Zelenski Qərbi münaqişəyə sürükləyir. Bu addım isə ona gətirib çıxaracaq ki, Rusiya daha güclü silahlardan istifadəyə məcbur olacaq.

“Axmat”ın komandiri: "Kurskun bir hissəsi azad edilib"
"Vaşinqton və Avropa dövlətləri Ukraynadakı müharibənin iştirakçılarına çevrilirlər. Zelenski ABŞ, Almaniya, Fransa və İngiltərəyə uzaqmənzilli silahlar, raketlər və digər avadanlıqların tədarükü tələbi ilə müraciət edir. Kiyev rəhbəri onlarla Rusiya ərazisinə zərbələrin endirilməsi məsələlərini müzakirə etməklə bu ölkələri birbaşa döyüş iştirakçılarına çevirir",- Dumanın spikeri qeyd edib.

Volodin Qərbə xəbərdarlıq edərək bildirib ki, Zelenskinin məlum fəaliyyəti ona gətirib çıxaracaq ki, Rusiya öz vətəndaşlarını qorumaq üçün daha dağıdıcı silahlardan istifadə etmək məcburiyyətində qalacaq: “Ukrayna əhalisi Zelenskinin vecinə deyil. O, xalqının təhlükəsizliyini düşünmür. Öz valideynlərini uzun müddətdir ki, İsrailə aparıb. Ukraynada onun üçün ən vacib şey hakimiyyətdə qalmaqdır. Lakin Zelenski çətin ki, bu onda alınsın".

Qeyd edək ki, Ukrayna mediası Volodinin dağıdıcı silah deyərkəb nüvə bombasını nəzərdə tutduğunu yazıb.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Son aylarda Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişib. Amma Ukrayna qoşunlarının ilk dəfə olaraq Rusiya ərazisinə girib Kurskda xeyli ərazini zəbt etməsi müharibədə dönüş nöqtəsinə çevrilib.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya   Duma  





Xəbər lenti