Pezeşkiyanın iraqlı həmkarı Əbdüllətif Rəşidlə, habelə Baş nazirlə təkbətək görüşləri, ardınca isə iki ölkənin ali nümayəndə heyətlərinin birgə iclası nəzərdə tutulur.
Yeri gəlmişkən, İran Prezidenti bu vəzifəyə seçiləndən bəri həmsərhəd ölkələrlə mövcud əlaqələri daha da genişləndirəcəyini diqqətə çatdırıb. Bu gün İraqa yola düşməzdən qabaq yerli jurnalistlərə açıqlamasında da "səfərin qarşılıqlı əlaqələrin inkişafı məqsədi daşıdığını vurğulayıb.
Məsud Pezeşkiyanın paytaxt Bağdaddan savayı Bəsrə, Ərbil və Süleymaniyyə şəhərlərinə də səfərləri planlaşdırılır.
Firudin Həmidli
AzVision.az