Şuradan
AzVision.az -a verilən məlumata görə, jurnalistlər bu nömrələrlə əlaqə saxlayaraq, prosesin işıqlandırılması zamanı mümkün anlaşılmazlıqlar və problemlər barədə məlumat vermək imkanı əldə edəcəklər. Mətbuat Şurasının İdarə Heyətinin jurnalist və müşahidəçi kimi qeydiyyatdan keçmiş üzvləri paytaxt və bölgələrdəki dairə və məntəqə seçki komissiyalarında jurnalistlərin peşə fəaliyyətlərini həyata keçirmələri üçün yaradılmış vəziyyəti müşahidə edəcəklər.
Mətbuat Şurası jurnalistlərin seçkilərin işıqlandırılması ilə bağlı sərbəst fəaliyyətlərinə dəstək məqsədilə sentyabrın 1-də müvafiq instansiyalarla əlaqəli şəkildə işləyəcək.
AzVision.az