Azərbaycan və Belarus arasında əməkdaşlıq müzakirə olunub

   Azərbaycan və Belarus arasında əməkdaşlıq müzakirə olunub
  30 Avqust 2024    Oxunub:1222
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev seçkilərdə müşahidəçi qismində iştirak edən Belarus Prezident Administrasiyasının Xarici Siyasət İdarəsinin rəisi İqor Sekreta ilə görüşüb.
AzVision.az xəbər verir ki, o, bu barədə "X"də yazıb. "Ölkələrimiz arasında dostluq və tərəfdaşlıq münasibətlərinə uyğun olaraq ikitərəfli gündəlikdə duran məsələlər müzakirə olundu. Regional və qlobal məsələlər, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıldı",- məlumatda qeyd edilib.





AzVision.az



Teqlər:





Xəbər lenti