Siyasi şərhçi: “Milli Məclisə seçkilər beynəlxalq aləmdə diqqətlə izləniləcək”

   Siyasi şərhçi:    “Milli Məclisə seçkilər beynəlxalq aləmdə diqqətlə izləniləcək”
  28 Avqust 2024    Oxunub:687
“Azərbaycan bu gün dünyanın siyasi məkanında yeni güc mərkəzinə çevrilib. Yaxın günlərdə Milli Məclisə keçiriləcək seçkilər beynəlxalq aləmdə də diqqətlə izləniləcək. Çünki bu ölkənin siyasi həyatında baş verən mühüm hadisələr dünyanın hər yerində siyasi ekspertlərin diqqətini cəlb edir. Həm də beynəlxalq münasibətlərin təlatümlü olduğu bir dövrdə Azərbaycan dünya xəritəsində mühüm strateji nöqtəyə çevrilib”.
Bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Rusiyada yaşayan siyasi şərhçi Kamran Rüstəmzadə deyib.

O qeyd edib ki, seçkiləri xaricdə yaşayan azərbaycanlılar da yaxından izləyəcəklər: “Beynəlxalq məsələlərdə Bakının mövqeyi həm Qərb ölkələri, həm də qlobal miqyasda çox vacibdir. Ona görə də güman etmək olar ki, bu seçkilərin nəticələri Azərbaycanın yeni mərhələdə xarici siyasətinin necə olacağının mühüm göstəricisinə çevriləcək. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan müasir beynəlxalq münasibətlərdə öz rolunu aydın şəkildə dərk edir. Milli Məclisə seçkilərdə 25 siyasi partiyanın namizədləri ilə təmsil olunması, seçkilərdə mübarizə aparması da diqqətçəkən məqamdır.

Azərbaycanın zəngin parlamentarizm tarixi var. Əminəm ki, yeni formalaşacaq Milli Məclis milli parlamentarizm ənənələrini qoruyub saxlayacaq və onu daha da inkişaf etdirəcək”.
AzVision.az



Teqlər:





Xəbər lenti