“Vacib deyil ki, İranın xoşuna gəlsin”
“Mən Məmmədyarovun İsrailə səfərini tamamilə təbii qarşılayıram. Ola bilsin ki, Məmmədyarov İsrail rəsmiləri ilə görüşdə desin ki, Azərbaycan Fələstin probleminin həlli zamanı Fələstin xalqının hüquqlarını nəzərə alınmasını istəyir. İndi deyər ya deməz bu başqa məsələ. Amma mən onu bilirəm ki, Azərbaycan bütün səsvermələrdə Fələstin xalqının hüquqlarını müdafiə eləyir”.
Zərdüşt Əlizadə bu səfərin İran tərəfindən birmənalı qarşılanmayacağı məsələsinə də toxunub. “O ki, qaldı İsrailə səfərin İran tərəfindən birmənalı qarşılanmamasına. Bizim öz xarici siyasətimiz var və vacib deyil ki, bu İranın 100% xoşuna gəlsin. Sovet İttifaqının dövri deyil ki, Moskva bizə icazə versin nəsə edək,ya nəsə etməyək”-deyə, politoloq xarici işlər naziri Elmar Məmmədyarovun İsrailə səfərini şərh edib.
Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov aprelin 21-də ilk dəfə olaraq İsrailə rəsmi səfər edəcək. E.Məmmədyarov ilk olaraq İsrail parlamentinin xarici siyasət və müdafiə komissiyasının sədri Aviqdor Libermanla görüşəcək. Sonra nazir Fələstin hökumətinin rəhbərliyi ilə görüşmək Ramallaha gedəcək.
Sevinc İltifatqızı